Rusiya Dövlət Duması, Özbəkistanın təxminən 890 milyon dollarlıq borcunun böyük hissəsinin silinməsini nəzərdə tutan hökumətlərarası razılaşmanı təsdiqləyib.
Dumanın bu qərarı ilə yanaşı Rusiya prezidenti Vladimir Putinin 10 dekabr 2014-cü ildə Özbəkistana səfəri zamanı iki ölkə arasında imzalanmış müqavilə də rəsmən qüvvəyə minib.