Çində ölkə lideri Xi Jipingə istefa çağırışı ilə məktub dərc edildikdən sonra 20 nəfər həbs olunub.
Anonim məktub mart ayında Çin hakimiyyəti tərəfindən nəzarət edildiyi bildirilən Wujie News saytında dərc olunubmuş. Onun tezliklə saytdan silindiyinə baxmayaraq, məktubun surətini internetdə tapmaq olar.
"Əziz yoldaş Xi Jiping, biz Kommunist Partiyasının sadiq üzvləriyik. Bu məktubla yazıb sizdən xahiş etmək istəyirik ki, siz partiya və ölkə rəhbərliyində tutduğunuz bütün postları tərk edəsiniz”, - müraciətdə deyilir.
Məktubun dərc olunmasını tanınmış çinli köşə yazarı Jia Jianın həbsi ilə bağlı olduğu ehtimal olunur. Onun dostları deyirlər ki, o, Wujienin redaktoruna sadəcə saytda gördüyü məktub haqqında əlavə məlumat öyrənmək üçün zəng etmişdi.
Wujie saytının adını acıqlamaq istəməyən əməkdaşı ilə söhbətdən BBC-yə məlum olub ki, Jia Jiadən başqa, daha 16 adam saxlanılıb.
Saxlanılanlar arasında – altı nəfəri saytın əməkdaşları, o cümlədən, rəhbərlərdən və redaktorlardan biri, eləcə də saytla əlaqəli texnoloji şirkətlə əməkdaşlıq edən daha 10 nəfər olub.
ABŞ-da yaşayan tanınmış Çin dissidenti isə BBC-yə deyib ki, sözügedən məktubla bağlı Çində onun üç ailə üzvü həbs olunub.