ABŞ prezidenti Barak Obama ilə xanımı Mişel Obama çərşənbə günü axşam Buenos-Ayresdəki mədəniyyət mərkəzində peşəkar rəqqaslarla Tanqo rəqsi ediblər. Bu Argentina prezidenti Maurisio Makrinin verdiyi ziyafət zamanı baş verib.
Onlar üçün təşkil edilmiş rəqs başa çatanda rəqqasə Mora Obamaya yaxınlaşaraq onu rəqsə dəvət edib. Narahatlıq olmasın deyə Moranın tərəfdaşı isə prezidentin xanımı Mişeli rəqsə dəvət edir.
Rəqs uzun olmasa da, effektli olub. Bəlli olub ki, Obama Tanqo rəqsinin bir neçə hərəkətini bilir və rəqs meydanında çox da pis görünmür.
Obama və xanımı Mişel Argentinaya martın 23-də səfər ediblər. Bu ABŞ prezsidentinin son 20 ildə Argentinaya ilk səfəridir.