Bosniya serblərinin keçmiş siyasi lideri Radovan Karaciç 40 il azadlıqdan məhrum edildi. Haaqadakı beynəlxalq hərbi Tribunal martın 24-də onu 1995-cı ildə Serebrenista kəndində müsəlmanların kütləvi qətli və insanlığa qarşı digər cinayətlərdə təqsirli bilib.
Karaciç 2008-ci ildə Belqradda həbs olunub.
Keçmiş Serbiya prezidenti Slobadan Miloşevic 2006-cı ildə Haaqa həbsxanasında vəfat etdikdən sonra o, keçmiş Yuqoslaviya, Bosniya müharibəsinə görə mühakimə edilən ən yüksək səviyyəli keçmiş siyasətçidir.
1995-ci il Bosniya müharibəsi zamanı Serb birləşmələri Serebrenista kəndinə daxil olaraq 8 min müsəlman kişi və oğlanı kütləvi qətlə yetirib.