Türkiyənin baş naziri Ahmet Davutoglu bir daha Suriyada təhlükəsizlik zonası yaratmağa çağırıb.
O martın 23-də Ankarada deputatlar qarşısında çıxış edərkən deyib ki, Avropanın təhlükəsizliyi Türkiyədən başlayır və PKK ilə "İslam Dövləti” qrupu arasında heç bir fərq görmədiyimiz gün, Avropa daha təhlükəsiz bir yer olacaq.
Davutoglu deyib ki, Suriyanın şimalında təhlükəsizlik zonası yaradılmalıdır və Ankaranın bu cür çağırışlarına dəfələrlə göz yumulub.