Brüsseldə qana bulayan hücumların şübhəlisi kimi axtarılan Najim Laachraouinin qardaşının gümüş medal sahibi milli taekvondocu olduğu ortaya çıxıb.
Baki-xeber.com "Daily Mail” qəzetinə istinadən xəbər verr ki, Belçika polisinin hər yerdə axtardığı Najim Laachraoui taekvondoda gümüş medalçısı Mourad Laachraouinin qardaşıdır. Mourad keçən il Cənubi Koreyada təşkil edilən dünya çempionatında Belçikanı təmsil edib və 54 kq-da gümüş medal qazanıb.
Mouradın hava limanının təhlükəsizlik kameralarında kamikadze Bakraoui qardaşlar ilə birlikdə göstərilən Najimlə görüşmədiyi bildirilir. Mərakeş mənşəli ailə hücumlarda adı keçən Najimin bomba hazırlanması ilə maraqlandığını bildirib.