Belçika mətbuatı xəbərinə görə, Thiange nüvə stansiyası təhlükəsizlik tədbirlərinə görə boşaldılıb.
Baki-xeber.com xəbər verir ki, iki nüvə stansiyasında isə həyəcan siqnalı verilib. Nüvə stansiyasında radikal dinci bir işçidən şübhə edildiyi və buna görə, təhlükəsizlik tədbirlərinin artırıldığı iddia edilir.
Belçikanın paytaxtı Brüsseldə bu gün baş vermiş terror hücumlarında Zaventem Hava limanı və bir metro stansiyası hədəf alınıb. Hücumlarda ən az 34 nəfər həyatını itirib.