İspaniya xarici işlər naziri Jose Manuel Qarsia Marqallo Brüssel qanlı hücumların arxasında terror təşkilatı İŞİD-in olduğunu bəyan edib.
Baki-xeber.com xəbər verir ki, baş naziri Mariano Rajoy Brüsseldə hava limanı və metroda meydana partlayışlarla əlaqədar Twitter mesajında, həmrəylik içində olduqları Belçikaya hər cür kömək etməyə hazır olduqlarını bildirib.
İspaniya xarici işlər naziri Jose Manuel Qarsia Marqallo isə "Bütün dünyaya bulaşan bir cür terror xərçəngilə qarşı-qarşıyayıq. Terror xərçənginin yatan hüceyrələri var və onları aktiv vəziyyətə gətirmək saniyə məsələsidir. Böyük bir hazırlıq prosesinə ehtiyac yoxdur. Bir əmr kifayətdir. Brüsseldəki hücumun koordinasiya edilmiş bir terror aktı olduğu aydın görünür" deyə bildirib.
O, Brüsseldəki hücumların arxasında İŞİD-in olduğunu iddia edib.