Rusiyada prezident Vladimir Putinə etibar edənlərin sayı azalıb. Baki-xeber.com xəbər verir ki, bu barədə "Levada” araşdırma mərkəzinin apadığı sorğuda bildirilir.
Sorğunun nəticələrinə görə, ötən illə müqayisədə Putinin nüfuzu 10 faiz aşağı düşüb - 83 faizdən 73 faizə...
Araşdırmalarda iştirak edənlərin 21 faizi ona tam inanır, halbuki bir il əvvəl bu rəqəm 26 faiz idi. Təxminən inananlar isə ötən ilki 57 faizdən 52 faizə düşüb, 14 faiz isə ona heç inanmır.
Eyni araşdırmaya görə, Rusiyada Putinə rəğbət bəsləyənlərin sayı da 37 faidən 30 faizə enib.
Araşdırma aparan şirkətin nümayəndəsi Aleksey Qrajdankin, son sorğunun nəticələrinə əsaslanaraq, Putinə dəstəyin Krımın ilhaqından əvvəlki səviyyəyə düşdüyünü bildirib.
Xalqın Putinə inamının azalmasına iqtisadi böhranın də təsir etdiyi bildirilir.