İran, yanvar ayında Bəsrə Körfəzində sərhəd sularına girdiyi üçün saxlanan 10 ABŞ əsgərinin diz çökdükləri və ağladıqları vaziyyətdə heykəllərini əbədiləşdirəcək.
Baki-xeber.com xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri komandirlərindən Admiral Əli Fedavi açıqlama verib.
"Mətbuatda ABŞ əsgərlərinin saxlanması ilə əlaqədar çox sayda şəkillər var. Biz də şəkillərdən istifadə edərək onlara abidə qoymağı planlaşdırırıq" - deyən admiral ABŞ əsgərlərinin ağlayarkən və diziüstü çökdüyü vəziyyətdə heykəllərinin "turizm mərkəzi” kimi istifadə ediləcəyini bildirib.