Bir neçə gün əvvəl PYD liderliyində bir araya gələn və ərəb, süryani və yezidi qruplar "Şimali Suriya Federasiyası”nın yaradıldığını elan edib. Baki-xeber.com xəbər verir ki, indi isə PKK-nın Suriya qolu kimi tanınan PYD ölkənin parçalanması istiqamətində addım ata biləcəyi lə hədələyir.
Qeyd edək ki, Suriyanın şimal-şərqindəki Haseki bölgəsindəki Rumeylan şəhərində keçirilən yığıncaqda, "Rojava və Şimali Suriya Demokratik Federal Sistemi”nin yaradıldığı elan edilmişdi. Kürdlərin nəzarətində olan üç kantonun da yeni qurulacaq federal sistemə daxil ediləcəyi bildirilmişdi.
"Reuters” yazır ki, layihədə demokratik özünüidarəetmə ilə idarə olunan bölgələrin iqtisadiyyat, təhlükəsizlik və müdafiə sahələrində qərarlar verəcəyi nəzərdə tutulur.
Rusiyada fəaliyyət göstərən kürd qeyri-hökumət təşkilatları beynəlxalq birliyinin başçısı, PYD nümayəndəsi Merab Şamoyev bildirir ki, Suriyanın yeni konstitusiyasında federal quruluşa yer verilməyəcəyi halda suriyalı kürdlər müstəqillik elan edəcəklər: "Suriya konstitusiyasında ölkənin federal bir respublika olduğu qeyd edilməlidir, əks halda kürdlər müstəqilliklərini elan etmək məcburiyyətində qalacaq".