Türkiyənin İstanbul şəhərində partlayış baş verib. Baki-xeber.com xəbər verir ki, hadisə İstanbulun ən işlək prospektlərindən olan İstiqlal prospektində "canlı bomba" tərəfindən törədilib.
Ilkin məlumata görə, terrorçuların hədəfi xarici turistlər olub. Partlayış məhz xarici turistlərin çox olduğu ərazidə törədilib. Hadisə nəticəsində 1 uşaq 5 nəfər həlak olub.
Səhiyyə naziri Mehmet Müəzzinoğlu xəsarət alanların sayı 38 nəfərə çatdığını deyib. Onlardan 12-si xarici vətəndaşdır. Xəsarət alanlardan 6-ü İsrail vətəndaşıdır.
Nazirin sözlərinə görə, gün ərzində ikinci terror aktının baş verəcəyi istisna deyil.
İlkin məlumata əsasən, hadisədə PKK terror təşkilatının əli var. Ancaq hadisədə İŞİD izi olduğu xəbərləri də var. Belə ki, partlayış sahəsində, olan parçalardan birinin oktyabr ayında Türkiyəyə gəlmiş İŞİD yaraqlısına aid olduğu bildirilir.
Iddialara görə, "canlı bomba" hədəfə çatmadan vaxtından əvvəl işə düşüb.
"Reuters” Türkiyə rəsmilərinə istinadən xəbər verir ki, terrorçu əsas hədəfinə çatmayıb. Belə ki, bolgədə polisin olmasından qorxuya düşən "canlı bomba” buna görə özünü "qorxudan" partladıb. Məlumata görə, hücumun insanların daha sıx bir yerdə reallaşdırılması planlaşdırılıbmış.