Rusiya Prezidenti Vladimir Putin MDB üzvü olan dövlətlərin sərhədlərində təhlükəsizliyin təmininə dair sazişi təsdiqlənməsi üçün bu gün RF Dövlət Dumasına təqdim edib. Bu barədə Trend TASS-a istinadən xəbər verir.
Saziş MDB-nin xarici sərhədlərdə təhlükəsizliyə təhdidlərə çevik münasibət bildirmək üçün sərhəd idarələrinin mütəxəssislərindən (ekspertlərindən) ibarət Birgə Qrupların yaradılması, tətbiqi və fəaliyyətinin dayandırılması qaydalarını nəzərdə tutur.
Sənəd 2014-ci ilin oktyabrında Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında qəbul edilib.
Sənədə əsasən, sazişdən irəli qələn məsələlərin maliyyələşməsi MDB ölkələrinin sərhəd qoşunlarının illik büdcələrində əksini tapacaq.