"Lazım gəlsə, bir neçə saata Suriyadakı qüvvələrimizin sayını artıra bilərik”. APA-nın "Rossiya-24” telekanalına istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Suriyada xüsusi əməliyyatlarda fərqlənmiş hərbçilərin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.
O bildirib ki, Rusiya Suriyada fəaliyyət göstərə terrorçu təşkilatların mövqelərinə zərbələr endirməyi davam edəcək.