Rusiyadan sonra Hizbullah da Suriyadakı əsas qüvvələrini geri çəkməyə başlayır. Bu barədə livanlı şiə müxalif jurnalist Əli Əl-Əmin məlumat yayıb.
Baki-xeber.com xəbər verir ki, "Cenubiye” saytının qurucusu Əl-Əmin Anadolu Agentliyinə açıqlamasında bildirib: "Hizbullaha yaxın çox fərqli mənbədən öyrəndiyimizə görə, qrup (Hizbullah) Suriyadan yüzlərlə döyüşçüsünü geri çəkir. Suriyadan dönən döyüşçülər Livandakı evlərinə və kəndlərinə qayıdır".
Emin Hizbullahın bu addımının Rusiya ordusunun Suriyadan çıxarlmasında olduğu kimi ABŞ-la Rusiya arasında razılaşma nəticəsində reallaşdığını və Cenevrədə başlayacaq yeni siyasi həll yolu axtarışlarını gücləndirmək, atəşkəsin davam etdirilməsi məqsədi daşıdığını iddia edib.