Gürcüstan və Rusiya arasındakı ticarı-iqtisadi əlaqələr martın 16-da Praqada müzakirə olunacaq. Trend TASS-a istinadən xəbər verir ki, görüşdə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqoriy Karasin və Gürcüstanın Rusiya ilə əlaqələri üzrə baş nazirinin xüsüsi nümayəndəsi Zurab Abaşidze iştirak edəcəklər.
Z.Abaşidze bildirib ki, görüşdə ticari, iqtisadi, nəqliyyat sahəsindəki konkret məsələlər və müəyyən humanitar problemlər müzakirə mövzusu olacaq.
Danışıqlarda həmçinin, Rusiya və Gürcüstan arası viza rejiminin sadələşdirilməsi məsələsinə də baxılacaq.