Polşa müdafiə naziri Antoni Matsereviç prezident Lex Kaçinskinin olduğu təyyarənin qəzaya uğramasını terror aktı adlandırıb. APA-nın məlumatına görə, bunu o, "Polşa radiosu”na açıqlamasında deyib.
Nazir qeyd edib ki, bu addım əslində Polşanı müstəqilliyə doğru aparan insanların məhvinə yönəlib. Eyni zamanda o, aviaqəzada birbaşa Rusiyanı günahlandırmayıb.