Rusiyanın Xəzər donanmasının hərbi gəmiləri təlimlərə başlayıb. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidmətinin məlumatında deyilir.
Təlimlərə mindən artıq hərbçi, 30-a yaxın hərbi gəmi və kater, 100-dən cox hərbi və xüsusi texnika cəlb olunub.