İran rəhbərliyi İraq Kürd Regional Rəhbərliyinə neft bazarı mövzusunda, bölgədə tarazlığı alt-üst edəcək təklif göndərib.
Baki-xeber.com xəbər verir ki, İranın Süleymaniyyədəki baş konsulu Saidullah Məsudi İran hökumət rəsmilərinin Kürdüstan bölgəsi neftinin İran üzərindən dünya bazarlarına çıxarılması üçün Ərbil rəhbərliyinə təklif verdildiyini bildirib.
Ərbil -Tahran əlaqələrinin gələcəyindən danışan baş konsul bildirib ki, İranın böyük şirkətlərin bu layihəni dəstəkləmək gücü var: "Yalnız layihənin həyata keçirilməsi üçün iki tərəfin də güclü iradəsinə ehtiyac var”.