Rusiyalı idmançı Maria Şarapovada aşkarlanan qadağan olunmuş maddə ilə bağlı yeni xəbərlər yayılıb. Baki-xeber.com xəbər verir ki, rus tennisçilərin lisenziyasının ləğvinə səbəb olan dərmanın sovet ordusu tərəfindən 1980-cı illərdə Əfqanıstan müharibəsində istifadə edildiyi ortaya çıxıb.
Belə ki, onda aşkarlanan Meldonium adlı dərmanın 1980-ci illərdə Əfqanıstanda döyüşən sovet əsgərlərinə verilirmiş. Meldonium dərmanı əsgərlərə onların dözümlülüyünü artırmaq məqsədilə verilib.
Dərmanı icad edən Ivars Kalvins 1979-89-cu illərdə mücahidlərə qarşı döyüşlərdə əsgərlərə bu dərmanın verildiyini bildirib.