İran ədliyyə naziri edam cəzasına məhkum edilən iş adamı Babək Zəncaninin dövlətə olan 2.8 milyard dollar borcunu ödəyəcəyi halda edam cəzanın dəyişə biləcəyini bildirib.
Zəncani İranda cəzası edam olan "fəsad fil ərz", yəni "yer üzündə korrpusiya yaymaq"da ittiham edilirdi. Zəncani, qərarın ardından vəkili vasitəsilə göndərdiyi mesajda da "əsas məqsədinin siyasi rejimə xidmət etmək olduğunu" bildirmişdi.
İran ədliyyə naziri bildirib ki, pulu bank hesabımızda gördükdən sonra, əməkdaşlıq etdiyini anlayacağıq: "Ancaq bu vaxta qədər bizimlə əməkdaşlıq etdiyini görmədik".
Babek Zəncaninin vəkili Rasoul Kouhpayezadeh isə apelyasiya şikayəti verəcəklərini bildirib.
Türkiyədə Azərbaycan əsilli iş adamı Rza Zarrabın ortağı kimi tanınan və İran dövlətini 2 milyard 800 milyon dollar aldatmaq ittihamı ilə mühakimə olunan iranlı iş adamı Babək Zəncani martın 6-da açıqlanan məhkəmə qərarı ilə edam cəzasına məhkum edilib.