Avropa Birliyi martın 9-da 146 Rusiya vətəndaşı və 37 təşkilata qarşı sanksiyaları daha 6 ay uzadıb. Söhbət bank hesabları və viza qadağasından gedir.
Sanksiyalarda Putinin müşaviri Sergey Raqozin və Kremlin əsas təbliğatçısı hesab olunan Dimitri Kiselyov kimi şəxslərin adları var.
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Iqor Serqun da daxil olmaqla son vaxtlar vəfat edən 3 nəfərin adı isə siyahıdan çıxarılıb.
Qeyd edək ki, Serqun ilin əvvəllərində qəflətən vəfat edib.
Qərar həftənin sonunda qüvvəyə minəcək.
Martın 2-də ABŞ da Rusiyaya qarşı sanksiyaları 6 ay uzadıb. Bu sanksiyalar əsasən energetika və bank sektorlarına daxildir.