ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İŞİD-in liderlərindən olan Əbu Ömar aş-Şişaninin öldürüldüyünü bəyan edib.
Baki-xeber.com xəbər verir ki, Pentaqonun mətbuat katibi Pter Kuk "Əbu Ömər əl-Şişani” və "Çeçen Ömər” kimi tanınan gürcü əsilli terrorçu Tarxan Batiraşvilinin 4 mart tarixində Suriyanın Əş-Şaddad şəhərinə endirilən aviazərbələr zamanı məhv edildiyini bildirib.
Kuk Gürcüstan vətəndaşı Şişaninin təşkilat daxilində "Müharibə Nazirliyi" də daxil olmaqla bir çox yüksək səviyyəli hərbi mövqeyə sahib olduğunu deyib.
Məlumata görə, "qırmızı saqqal” kimi də tanınan Şişani Suriya-İraq sərhədi yaxınlığında yerli qüvvələrin təşkilatı sıxışdırmasına görə Şeddadiyə göndərilmişdi.
Pentaqon rəsmisi bildirib ki, Şişaninin öldürülməsi İŞİD-in xüsusilə Çeçenistan və Qafqaz bölgəsindən əcnəbi döyüşçü toplamasına mənfi şəkildə təsir edəcək.