Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin "Kalatoza" ləqəbli kriminal avtoritetlə münasibətlərinin olduğu iddia olunur. "APA-Economics" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə müxalif Vahid Milli Hərəkatın liderlərindən biri, sabiq millət vəkili Qivi Tarqamadze bildirib.
Q. Tarqamadze deyib ki, "Kalatoza" K. Kaladzenin rəhbərlik etdiyi Energetika Nazirliyinə 1,1 mln. dollar köçürüb.