ABŞ prezidentliyinə Respublikaçı namizədlərindən milyarder iş adamı Donald Tramp Hitler və Mussolinidən fərqi deyil. Bu sözləri Meksika prezidenti Enrique Pena Nieto deyib.
Baki-xeber.com xəbər verir ki, Pena Nieto Trampın danışıqlarının ona Nasional Sosialistlər və İtaliya faşistlərinin yüksəlişini xatırlatdığını bildirib.
Bu kimi radikal çıxışların keçmişdə dəhşətli hadisələrə səbəb olduğunu deyən Meksika prezidenti daha sonra bildirib: "Hitler və Mussolini də iqtidara belə gəlmişdi. Onlar da iqtisadi böhrandan mənfi təsirlənənlərdən istifadə etmişdilər. Tramp dolaşıq problemlərə son dərəcə sadə həll yolları göstərərək, seçicilər arasında nüfuz qazanmağa çalışır".
Respublikaçı namizədlərdən öndə gedən Tramp meksikalıları "namus düşməni” adlandıraraq Meksika sərhədinə divar hördürüp xərcini də Meksikaya ödətəcəyini bildirmişdi.
Keçmiş Meksika prezidenti Felipe Kalderon da Trampı Hitlerə bənzədin və onu irqçilikdə günahlandırmışdı.