Litva xarici işlər naziri Linas Linkevicius Rusiya ilə bağlı NATO-ya çağırış edib. O NATO-nu Moskva ilə danışıqlara getməməyə çağırıb.
Baki-xeber.com xəbər verir ki, ABŞ-ın "Politico” qəzeti üçün bir məqalə qələmə alan Linkevicius NATO təcavüzkar tərəfə (Rusiyanın) xidmət edəcək müzakirəyə getməməlidir: "Xüsusilə Rusiyanın dondurulmuş əlaqələri bərpa etdirmək üçün NATO-nu şantaj etməyə çalışdığı bir vəziyyətdə…".
Rusiya ilə normal münasibətlərin qurulmasının mümkün olduğuna işarə edən Linkevicius bildirib ki, öncə Moskva əsgərlərini Ukraynadan geri çəkməlidir: "Digər tərəfdən Rusiya öncədən xəbərdarlıq etmədən böyükmiqyaslı hərbi manevrlərinə və Baltik dənizi üzərində döyüş təyyarələrinin əlaqə sistemləri bağlı vəziyyətdə uçmasına son qoymalıdır. Təcavüzkar siyasətini dəyişməyəcəyi halda Rusiya ilə normal dialoqa girməyin".
Qərbin Rusiyaya qarşı siyasətini dəyərləndirən Linkevicius Rusiyanın nə dediyinə deyil, nə etdiyinə baxılmalı olduğunu deyir: "Terror təhdidləri və miqrant böhranı üzündən Rusiyanın qonşularına qarşı təcavüzkarlığını və təhdidlərini əsla görməzlikdən gəlinməməlidir".