Zimbabvenin 92 yaşlı prezidenti Robert Mubaqe jurnalistin pensiya planları barədə sualına sərt cavab verib. Belə ki, pensiya planları və yerinə kimin keçəcəyinə dair bir suala Mubaqe "Hələ yaşadığımı anlamanız üçün sizi yumruklamağım lazımdır?" - deyə cavab verib.
Baki-xeber.com xəbər verir ki, çox da nəzakətli olmayan cavabları xoşlamayan dövlət başçısı dövlət televiziyasına verdiyi müsahibədə, təqaüdə çıxandan sonra nələr planlaşdırdığı və xələfinin kim olacağı ilə bağlı suala da cavab verib: "Mən hələ yaşayıram, nə xələf? Niyə xələf axtarırsız? Bir xələf yetişdirmək… demokratik bir partiyada liderlərin belə seçilməsini istəməzsiniz. Liderlərin xalq tərəfindən seçilməsi lazımdır. Xələf göstərmək bizim mədəniyyətimizin bir parçası deyil".