Portuqaliyaya bağlı Madeira Adasındakı Məclisdə İşçi Partiyasından olan millət vəkili Jose Manuel Coelho etdiyi bir hərəkətlə əvvəl parlament üzvlərini, sonra bütün dünyanı şoka salıb.
Baki-xeber.com xəbər verir ki, 63 yaşlı Coelho, maaşlarında azalmaya etiraz etmək üçün parlamentin tribunasında şalvar və köynəyini çıxarıb, onun üzərində yalnız alt paltarı qalıb.
Sonra paltarlarını parlament sədri Jose Gomes Tranquadaya verib. Parlament sədri Tranquada isə iclasa ara verərək məclis üzvlərindən çölə çıxmalarını istəyib. Spikerə müqavimət göstərərək Məclisin salonundan çıxmaq istəməyən Coelho, sonradan alt paltarı və başında papağı ilə Məclisin kafesinə gedib.