Danimarka Suriya və İraqa xüsusi hərbi dəstə göndərir. Artıq hökumət İŞİD-lə döyüşmək üçün Suriya və İraqa döyüş təyyarəsi və 400 nəfərlik xüsusi hərbi birlik göndərmək barədə qərarı verib.
Baki-xeber.com xəbər verir ki, baş naziri Lars Lokk Rasmussen bildirib ki, Danimarka hökuməti IŞİD-lə qarşı mübarizəni artırmaq istəyir: "Günahsız insanları, qadınları və uşaqları öldürən insafsız terrorçularla mübarizə aparmaq üçün böyük bir güc lazımdır”.
Danimarka bölgəyə F 16 döyüş təyyarələri və bir hərbi yükdaşıma təyyarəsi da göndərəcək.