Türkiyənin İstanbul şəhər 6-cı Sülh Cəza Məhkəməsi İstanbul Cümhuriyyət Baş Prokurorluğunun tələbi əsasında "Zaman" qəzetinə qəyyum təyin olunması barədə qərar qəbul edib.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, məhkəmənin təyin etdiyi qəyyumlar qəzetin idarəetməsini təhvil almaq üçün polislərin müşayiəti ilə "Zaman"ın redaksiyasına gediblər. Qəzetin ingilisdilli versiyası olan "Today's Zaman"ın baş redaktoru Sevgi Akarçeşmə "bəlkə bu gün son nömrəmizi çıxaracağız", - deyib.