"Azərbaycandan nəql olunan qazın həcminin artırılmasından sonra İrandan qaz nəql etməyə ehtiyac yoxdur". APA-nın Gürcüstan müxbiri xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa kaladze bildirib.
"Biz Azərbaycanla paralel İran tərəfi ilə də danışıqlar aparırdıq. Nəzəri cəhətdən İrandan qaz idxal etmək mümkündür. Lakin indiki durumda buna heç bir ehtiyac yoxdur", - deyə K. Kaladze bildirib.
Xatırladaq ki, bu gün Gürcüstan Azərbaycandan əlavə olaraq 500 mln. kubmetr qaz alması ilə bağlı SOCAR və Gürcüstan hökuməti arasında Memorandum imzalanıb.