Tehran və Ankara İran qazının TANAP vastisəilə nəqli məsələsini müzakirə edəcək. Trend-in "Türkiyegazetesi"nə istinadən verdiyi məlumata görə, bu məsələ Türkiyə Baş naziri Əhməd Davudoğlunun İrana səfəri zamanı müzakirə ediləcək.
Qəzetin yazdığına görə, Ə.Davudoğlunun İrana səfəri bu gün baş tutacaq: "Tərəflər, həmçinin bir sıra ikitərəfli enerji və regional məsələləri müzakirə edəcəklər".