ABŞ Müdafiə Nazirliyi (Pentaqon), tanınmış bəzi hakerlərə qurumun kiber təhlükəsizliyinə hücum etmələri üçün dəvət göndərəcək.
Baki-xeber.com xəbər verir ki, nazirlik kiber təhlükəsizliyinin sınanması üçün başlatdığı "Hack the Pentaqon” adlı pilot proqram çərçivəsində hakerlərdən dəstək alacaq və sistemdə zəif nöqtə tapanlara pul mükafatı verəcək. Bununla ABŞ-da ilk dəfə bir federal qurum "kiber böcək” tapan adama mükafat vermiş olacaq.
Bundan başqa Pentaqon nazirliyin mobil proqramları, internet saytlarındaki boşluqları da ortaya çıxarmaq üçün bənzər işlərə başlamağı planlaşdırır. Nazirliyin pilot proqramına qatılmaq istəyən internet hakerlərinin keçmişi araşdırılacaq, onlar ciddi yoxlamadan keçiriləcək.