ABŞ Milli Kəşfiyyat Agentliyi Əl Qaidə lideri Usamə Bin Ladenin Pakistanda öldürüldüyü evdə olan sənədləri açıqlayıb. ABŞ-ın 2011-ci ilin may keçirdiyi əməliyyatda öldürülən bin Ladenə aid 112 sənəd arasında onun vəsiyyəti də yer alır.
Baki-xeber.com xəbər verir ki, sənədlərə görə, Əl-Qaidə lideri öldürülmədən əvvəl təhlükəsizliyindən narahatlıq olmağa başlayıb. Buna görə də bir vəsiyyət hazırladığı təxmin edilir. Əl-Qaidə liderinin vəsiyyətində, bütün varidatının Qərbə qarşı müharibədə istifadə edilməsini istədiyi bildirilir. Ladenin Sudanda saxladığı mal-dövlətinin təxminən 27 milyon avro olduğu təxmin edilir.