Avropa Birliyi keçmiş Ukrayna mprezidenti Viktor Yanukoviç və onun 15 yaxın ətrafına qarşı sanksiyaları daha bir il uzadıb. Belə bir razılaşma martın 2-də Brüsseldə əldə olunub.
Bundan başqa keçmiş səhiyyə naziri Raisa Boqatirova, oğurlanmış pulları hökumətə qaytardığından onun sanksiyalar siyahısından çıxarılması məsləhət görülüb.
Xarici işlər nazirlərinin martın 4-də təsdiqindən sonra qərar ertəsi gün qüvvəyə minəcək.
Sanksiyalar 2 il bundan əvvəl tətbiq edilib.