Rusiyanın paytaxtı Moskvada əlində kəsilmiş uşaq başı ilə tutulmuş 38 yaşlı özbək dayə Gülçöhrə Bobokulova məhkəmə qarşısına çıxarılıb.
Baki-xeber.com xəbər verir ki, 2011-ci il təvəllüdlü Nastya Meşçeryakova adlı qız uşağını öldürən 3 uşaq anası dayə "bunu etməmi Allah əmr etdi" deyərək özünü müdafiə etməyə çalışıb.
"Allah sülh xəbərlərini göndərmək üçün ikinci bir peyğəmbər göndərir" deyən qadın, aç olmasından şikayət edib və "bir həftə içində öləcəyini" deyib.
Məhkəməyə gətirildiyində jurnalistlərə gülümsəyən Bobokulova, günahını qəbul edib-etmədiyi soruşulduqda "Bəli” deyə cavab verib.
Istintaq tərəfindən Bobokulovanın cinayət ortağınn olub-olmadığı da araşdırılır. Dayənin kiçik uşağı öldürdüyü mənzildə həyat yoldaşının da olduğu ehtimal edilir... Polis indi adı açıqlanmayan və Bobokulovanı bu vəziyyətə gətirdiyindən şübhələnilən həmin şəxsi axtarır.
"Moskovsky Komsomolets” qəzeti isə qadının şizofreniya xəstəsi olduğu iddiasını ortaya atıb. Özbəkistan polisinə istinad edilən xəbərdə, psixiatrik müayinələrdən keçən Bobokulovanın 15 ildir şizofreniyalı olduğu qeyd edilir.
Barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilən Gülçöhrə Bobokulovanın ən az 3 il həbs cəzasına məhkum ediləcəyi bildirilir. Qadın şizofreniya xəstəsi olub-olmaması isə yaxın vaxtlarda məlum olacaq.
Qeyd edək ki, G. Bobokulova 4 yaşlı qızın başını kəsdikdən sonra mənzili yandırıb. Sonra uşağın kəsilmiş başını götürərək "Oktyabrskoye pole” metro stansiyasına yollanıb. G. Bobokulova metronun girişində "Allahu Əkbər” qışqırıb və özünü partlatmaqla hədələyib. Polis ərazini mühasirəyə aldıqdan sonra qadını saxlamaq mümkün olub.