Türkiyə kəşfiyyatı yeni terror təhlükəsi barədə xəbərdarlıq edib. Bu barədə Trend Türkiyənin "Haber7" qəzetinə istinadən məlumat verir.
Kəşfiyyatın əldə etdiyi məlumata görə, "İslam dövləti" terror təşkilatının iki üzvü Suriya qaçqını kimi Türkiyə sərhədlərini keçib. Qəzetin verdiyi məlumata görə, terror hadisələri Türkiyənin cənub-şərqi əyalətlərində nəzərdə tutulub.