İnternet ensiklopediyası Wikipedia və DPpedia-nın məlumatları əsasında tarixdəki müharibələrin göstərildiyi interaktiv xəritə hazırlanıb. Baki-xeber.com xəbər verir ki, xəritədə 8 min 49 müharibə və onun harada baş verdiyi göstərilir.
Məlumata görə, miladdan əvvəl 2500-ci ildən bu yana baş vermiş 8 min 49 müharibə xəritədə yer alır. Bundan başqa 2567 müharibənin də buraya əlavə ediləcəyi planlaşdırılır.
İstifadəçilər xəritədə hər hansı bir bölgədəki nöqtənin üzərinə vurduqda müharibə və onun baş verdiyi tarixlərini görə bilərlər. Xəritədə açılan linklər vasitəsilə müharibəyə dair əlavə məlumatlar da əldə etmək mümkündür.
Xəritəyə aşağıdakı linkdən baxmaq olar: