ABŞ-da qalmaqallı çıxışları ilə tanınan Respublikaçı Partiyanın namizədlərindən Donald Tramp Virciniyada Radford Universitetində keçirilən konfransında etirazla qarşılaşıb.
Baki-xeber.com xəbər verir ki, etirazları lentə almaq istəyən TIME jurnalının foto müxbiri Kristofer Morris kəşfiyyat xidmətinin əməkdaşları tərəfindən döyülüb
Universitetində keçirilən yığıncağın iştirakçıları Trampa etiraz edib, əleyhinə şüar səsləndirməyə başlayıblar. Bunu lentə almağa çalışan təcrübəli foto müxbiri gözlənilmədən hücuma məruz qalıb. Trampı qoruyan kəşfiyyat xidmətinin əməkdaşlarından biri Morrisə mane olmağa çalışıb, ancaq bunu bacarmadıqda onu yumruqlamağa başlayıb.