ABŞ-ın bəzi böyük şirkətləri neft və qazın istehsalını azaldırlar. Trend "The Wall Street Journal" qəzetinə istinadən xəbər verir ki, bu azalma dünya bazarındaki enerjinin artıqlığından və neft qiymətlərinin aşağı olduğundan baş verir.
"The Wall Street Journal" yazır ki, "Devon Energy" və "Marathon Oil Corp." şirkətləri neft istehsalını 2016-cı ildə keçən illə müqaisədə 10 faiz azaldıblar. "EOG Resources Inc." isə bu il 5 faiz az neft istehsal edəcək.
"Continental Petroleum Corp." şirkəti bu il bir neçə yeni neft quyusu qazacaq, amma "qara qızılı" oradan əksər hallarda hasil etməyəcək.