İŞİD qadınları da döyüşmək üçün Liviyaya göndərir. Baki-xeber.com "Times” qəzetinə istinadən xəbər verir ki, terror təşkilatı qadın döyüşçüləri Liviyanın qərbindəki Sabrathaya bölgəsinə göndərir.
Məlumata görə, Sabrathada keçən həftə ən az yeddi qadın yaraqlı ələ keçirilib, bir neçəsi isə öldürülüb.
İŞİD-in qadın döyüşçülərdən istifadə etməsi faktı ilk dəfə qeydə alınır. Əvvəllər Suriya və İraqdakı qadın cihatçılar Rakka və Mosulda cəbhədən kənar işlərə cəlb edilirdi.
Qəzet yazır ki, aralarında ən az 60 ingilisin olduğu İŞİD-in qadın üzvləri bu günə qədər yalnız polis və təhlükəsizlik əməkdaşı kimi işlərə cəlb edilirdi.