Rusiya ilə Çinin qızıl bazarındakı fəaliyyətləri bu metala inamı artırır, dolların hakimliyini isə azaldır. Qərb ölkələrinin maliyyə sistemınə artan skeptisizm fonunda, belə addımlar ABŞ-ı təzyiq metodlarından məhrum edir. Trend-in məlumatına görə, bu barədə Almaniyanın "Die Welt" qəzeti yazır.
Məqalədə deyilir ki, qeyri-stabil iqtisadi vəziyyətdə qızıl yaxşı sığorta vasitəsi hesab edilir: "Bu metal bütün dünyada dəyərli hesab olunur və onun sayını süni yolla artırmaq olmur".
Sanksiyaların mövcüdluğu və neft qiymətlərinin düşdüyü şəraitdə Rusiya dollar asıllığından xilas olmağa ehtiyac duyur və Vladimir Putin bu istiqamətdə lazımı addımları atıb.
Qəzet yazır ki, 2005-ci ildən Rusiyanın qızıl ehtiyatları təqribən 4 dəfə artıb. Yalnız son 12 ay ərzində isə 200 tondan cox artıb.