İranda bir kənddəki bütün kişilər edam edilib. Baki-xeber.com xəbər verir ki, bu xəbər edam edilənlərin ailələrinə yardım edilməsinə dair qanunun gündəmə gətirilməsilə ortaya çıxıb.
"Sputnik”in xəbərinə görə, hadisə Sistan-Bəlucistan əyalətinə bağlı bir kənddə baş verib. Hadisə keçmiş prezidenti Mahmud Əhmədinejad dövründə dövlət tərəfindən edam edilənlərin ailələrinə yardım edilməsinə dair qanunun yenidən gündəmə gəlməsilə gün üzünə çıxıb.
İran prezidentinin qadın və ailə işləri müşaviri Şehindot Molaverdi hökumətin edam edilənlərin ailələrinə dəstək verməsinin vacibliyini deyərək, Sistan-Bəlucistan əyalətinə bağlı bir kənddə kişilərin hamısının narkotikə görə edam edildiyinə diqqət çəkib.