Misir prezidenti Abdülfəttah əl Sisinin ölkə iqtisadiyyatına kömək üçün dediyi "lazım olarsa özümü belə sataram" sözləri sosial mediada lağa qoyulub.
Baki-xeber.com xəbər verir ki, prezident dövlət televiziyasında Misirin 2030-a qədərki iqtisadi inkişaf planını açıqlayan zaman "satılmaq mümkün olsaydı, özümü satardım" deyə bildirib.
Bunun ardından İnternet vasitəsilə satışlar həyata keçirən eBay saytında bir istifadəçi Sisinin "satışı" üçün bir elan səhifəsi açıb. Təklif edilən qiymətlərin bir neçə saat içində 100 min dolları keçdiyi bildirilir.
Sisi elanda "az istifadə edilmiş" marşal və ordu keçmişi olan fəlsəfə doktoru kimi tanıdılır. Elanı verən istifadəçi Sisi haqqında daha çox məlumat istəyənlərə "əvvəllər də Körfəz kralları tərəfindən istifadə edilmişdi" deyə bildirir.