Rusiyanın müxalifət liderlərindən olan İlya Yaşin Çeçenistan lideri Ramzan Kadırovun fəaliyyəti ilə bağlı "Milli təhlükəsizliyə təhlükə” adlı hesabatını açıqlayıb. Yaşin çıxışında deyib ki, indiki Çeçenistan rejiminə görə, Rusiya prezidenti Vladimir Putin cavabdehlik daşıyır və Rusiya hakimiyyətinin göz yumması nəticəsində bu respublikada korrupsiya çiçəklənir.
Müxalifət lideri deyib ki, Kadırov Çeçenistanda müsəlman dininin normalarına zidd olan kiçik islan dövləti qurub. O Kadırovu şəxsiyyətə pərəstişkarlıqda ittiham edib.
İlya Yaşin çıxışında müxalifətdə olan siyasətçi Boris Nemtsovun qətlini terror adlandırıb və bildirib ki, bunun arxasında Kadırovun "şəsxi qvardiyası” olan "Sever” batalyonu durur.
O həmçinin Kadırovu Yamadayev qardaşlarının qətli və Donbasa könüllülər göndərməkdə ittiham edib.
Məlumata görə Yaşin "PARNAS”ın ofisində hesabatla çıxış edərkən bomba qoyulması barədə anonim zənglər edilib. Amma o iştirakçıları buna məhəl qoymamağa və yerlərində qalmağa çağırıb. Yaşin əlindəki hesabatı göstərərək deyib ki, "Bomba mənim əlimdədir”.
Bir neçə dəfə polis xəbərdarlığından sonra Yaşin bir neçə suala cavab verərək tədbirin yekunlaşdırılmasını təklif edib və yekun olaraq deyib ki, "Rusiya azad olacaq”.