Vətəndaş müharibəsi tüğyan edən ölkədə ümummilli seçkilərin keçirilməsi qeyri-mümkündür. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitəsinin nümayəndəsi Həsən Ağa bəyan edib.
"Bəşər Əsəd tərəfindən atılan addım bir daha sübut edir ki, hakimiyyət atəşkəs haqqında düşünmür”, deyə H.Ağa bildirib.
Noyabrın 14-də Vyanada, "Suriyaya dəstək” qrupunun iclasında təsdiq edilmiş "yol xəritəsinə” uyğun olaraq, münaqişə tərəfləri koalision hökumət quraraq yeni Konstitusiya üzərində işə başlamalıdırlar. Prezident və parlament seçkiləri isə yeni Konstitusiyasının əsasında keçirilməlidir. Keçid müddətinin 18 ay çəkəcəyi planlaşdırılırdı.
Bu arada, Suriya Rusiya və ABŞ-ın hazırladığı atəşkəs rejimi planına razılıq verib. Suriya Xarici İşlər Nazirliyindən bildiriblər ki, Dəməşq terrorçuluq, İŞİD, "Ən-Nüsra” və digər terror qruplaşmalarına qarşı mübarizənin davam etdiriləcəyi halda ölkədə hərbi əməliyyatları dayandırmağa hazırdır.
Eyni zamanda qeyd olunur ki, Suriya anlaşmanın pozulacağı adekvat addım atmaq hüququnu özündə saxlayır.