Bu gün səhər saatlarında Qazaxıstanda Milli Mətbuat Klubunun prezidenti Seytkazı Matayev və KazTAQ informasiya agentliyinin baş direktoru Aset Matayev saxlanılıb.
APA-nın "RİA Novosti-Kazaxstan” agentliyinə istinadən verdiyi xəbərə görə, "Adil söz” fondunun bununla bağlı yaydığı məlumatda bildirilir ki, S. Matayev milyonlarla dollar dövlət vəsaitini mənimsəməkdə və Almatıda Milli Mətbuat Klubunun binasını qanunsuz bərpa etməkdə təqsirli bilinir.
A.Matayev isə dövlət informasiya sifarişini həyata keçirərkən milyonlarla vəsaiti mənimsəməkdə günahlandırılır.