Ukraynada Maydan hadisələrinin ikinci ildönümündə Rusiya bankları etirazçıların hədəfi oldu. Hadisələrin ilk baş verdiyi Kieyvdəki Müstəqillik Meydanına çox sayda adam toplaşıb.
Baki-xeber.com xəbər verir ki, təxminən 100 nəfərin öldüyü hadisələrin ikinci ildönümündə, həyatını itirənlərin anım mərasimi əsnasında bir qrup etirazçı Kieyvdəki Rusiya banklarına hücum edib. Onları Rusiyaya məxsus Sberbank və Alfa-Bank şöbələrini hədəfə alıblar.
Təhlükəsizlik qüvvələrinin mühasirəyə aldığı banklara daş atan etirazçılar, daha sonra bankların içinə girməyi bacarıb. Şüşələri və qapıları qıran kütlə, bankın kompüter və əşyalarını dağıdıb. Bankların talan edildiyi hadisələr zamanı ölən və yaralanan olmayb.
Hücumları, radikal sağçı "Sağ Sektor" qrupunun təşkil etdiyi bidirilir.