İŞİD son vaxtlar artan hava dəstəkli hücumlara görə, pul buraxmağı təxirə salıb.
Baki-xeber.com xəbər verir ki, "Slate” jurnalının xəbərinə görə, Rusiyanın havadan dəstəyi ilə Suriya ordusunun davam edən hücumları İŞİD-i pul buraxmaq planlarından imtina etməyə məcbur edib. Təşkilat yaşanan maddi çətinliklərə görə, rəsmi pul vahidi kimi dollar istifadə edəcəyini açıqlayıb.
İŞİD-in bu arzusundan imtina etməsinin səbəbinin, nəzarətindəki bölgələri itirməsi, neft ehtiyatları və pul anbarlarına edilən hava hücumları olduğu bildirilir.