ABŞ Dövlət Departamenti yenidən Türkiyəni zərbələrini daha çox İŞİD silahlılarının mövqelərinə yönəltməyə çağırıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, belə bir çağırışla ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi çıxış edib. "Biz Türkiyəni zərbələrini daha çox ümumi düşmənimiz olan İŞİD-in mövqelərinə yönəltməyə çağırırıq”, - deyə Kirbi bildirib.
Con Kirbi ABŞ-ın Türkiyənin ərazisini və xalqını terrorçuların hücumlarından qorumaq hüququnu dəstəklədiyini bildirib, lakin bu dəfə də Suriyadakı YPG kürd silahlılarını terrorçu adlandırmayıb.